1. Xidmətin Qəbulu
ElnurStore ("biz", "sayt") platformasına daxil olaraq və ya bizdən hər
hansı rəqəmsal məhsul əldə edərək, aşağıda göstərilən bütün İstifadə Şərtləri qaydaları ilə
razılaşmış olursunuz. Gələcəkdə bu qaydalarda edilən hər hansı dəyişiklik və ya bildirişlə də razı
olduğunuzu bəyan edirsiniz.
2. Rəqəmsal Məhsul Satışı
Biz rəqəmsal formada Premium Hesablar (Netflix, Spotify, ChatGPT və s.)
təqdim edirik. Bütün satılan hesablar ilkin yoxlamadan keçmiş və işlək vəziyyətdə təhvil verilir.
Paylaşılan (shared) hesablarda təhlükəsizlik qaydalarına əməl etmək müştərinin məsuliyyətindədir.
3. Zəmanət və Geri Qaytarma Şərtləri
- Biz təsdiq edirik ki, sifariş anında təhvil verilən hesablar elan edilmiş
xüsusiyyətlərə tam cavab verir.
- Rəqəmsal məhsulların xarakteri səbəbindən aktivləşdirilmiş, işlək vəziyyətdə təhvil verilmiş və ya məlumatları dəyişdirilmiş hesablar müştərinin şəxsi istəyi ilə geri qaytarılmır.
- Göstərilən zəmanət müddətində məhsulda texniki problem yaşanarsa (məsələn, bərpa kodunun sıfırlanması, şifrənin sistem xətası səbəbindən dəyişməsi və ya hesabın bağlanması), ilk növbədə mövcud hesab bərpa edilir və ya yenisi ilə əvəz olunur.
- Zəmanət müddətinə əsasən geri qaytarma (Kompensasiya) qaydası: Əgər zəmanət müddəti ərzində yaranmış problemi bərpa etmək və ya yeni hesabla əvəzləmək mümkün olmazsa, geri qaytarılan məbləğ məhsulun ümumi paket müddətinə görə deyil, yalnız verilmiş rəsmi zəmanət müddətinin qalıq günlərinə əsasən hesablanır. Məsələn: 2 aylıq (60 günlük) məhsul alınıbsa və məhsula 1 ay (30 gün) zəmanət verilibsə, hesab 20 gün sonra bağlandıqda geri qaytarma yerdə qalan 40 gün üçün deyil, 30 günlük zəmanət müddətindən qalan 10 gün üçün hesablanaraq geri ödənilir. Zəmanət müddəti bitdikdən sonra geri qaytarma və ya əvəzləmə həyata keçirilmir.
4. Məhdudiyyətlər
Aşağıdakı hərəkətlərin edilməsi qəti qadağandır və hesabınıza olan
zəmanətin ləğvi ilə nəticələnəcək:
- Bizim tərəfimizdən xüsusi icazə verilmədikcə, paylaşılan hesaplarda
şifrənin, e-poçt ünvanının və ya digər bərpa parametrlərinin dəyişdirilməsi.
- Hesabların üçüncü şəxslərə yenidən satılması, açıq forumlarda, sosial
şəbəkələrdə kütləvi paylaşılması.
- Qanunsuz fəaliyyət üçün xidmətlərimizdən istifadə edilməsi.
5. Müəllif Hüquqları
Bu veb-saytdakı dizayn, məzmun və digər interaktiv detallar ElnurStore-a
məxsusdur. Satılan tətbiqlər, rəqəmsal profil məlumatları bu adətlərin rəsmi xidmət təminatçılarına
aiddir. Biz asanlaşdırıcı üçüncü tərəf rolu oynayırıq.
6. Dəyişikliklər
İstifadə Şərtləri əvvəlcədən xəbərdarlıq edilmədən yenilənə bilər. Mövcud
və yenilənmiş şərtləri bu səhifədən izləyə bilərsiniz.
7. Əlaqə və Dəstək
Xidmət, satış və problemlər ilə bağlı 7/24 onlayn şəkildə Telegram
hesabımıza və ya WhatsApp xəttimizə yaza bilərsiniz.